Dünya

"PKK terrorçuları Türkiyədən qaçaraq Ermənistana toplaşırlar"

13 Fevral 2018 12:39
4 Şərh     Baxış: 2 389

Terrorçu PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşırlar.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Jamank" qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, onlar Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxdıqları, təhlükəsizliyinə təhdid yaratdıqları, bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olduqları və qanunsuz silahlı dəstələr yaratdıqları üçün ölkənin təhlükəsizlik qüvvələrinin keçirdikləri antiterror əməliyyatları nəticəsində müxtəlif formada zərərsizləşdirilirlər.

"PKK hesab edir ki, Moskva və Yerevan bu terrorçu qruplaşmaya yumuşaq mövqedən yanaşır. Ona görə də terrorçular Ermənistana toplaşırlar. Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə şəriat yaradırlar. Sərhədi keçən PKK-çılar Ermənistanın hakimiyyət orqanlarına təslim olurlar", - deyə məqalədə vurğulanıb. 

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    sako · 13 Fevral 12:4440

    Onda ermenistani vurmagin vaxti catibki

    Cavab yaz
  • Anonim
    Mirzəcəl İloğlu · 13 Fevral 19:3720

    Erməni olduqlarını bildirdilər. Belə çıxır ki, PKK erməni terror təşkilatıdır.

    Cavab yaz
  • Anonim
    Aze · 17 Fevral 09:3310

    Bida azerbaycana gozel sans hemcinin qardas turkiyeyede bir yerde

    Cavab yaz
  • Anonim
    teraristlere. · 18 Fevral 14:5710

    Zeytun budaqindan qorxduz,gelin bura ,sizi burda nar-heyva cubuqu gozleyir Dedenizi yandiraq Mezhebsiz -meskensiz hesaratlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.