Dünya

Kobuletidə çoxlu silah-sursat ələ keçirilib - FOTO

25 Noyabr 2017 21:49
0 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Kobuleti şəhərinin Aqmaşenebeli prospektindəki evlərin birində xüsusi əməliyyat keçiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əməliyyat nəticəsində evdən çoxlu sayda silah-sursat, partlayıcı maddə və vasitələr ələ keçirilib, bir nəfər saxlanılıb.

Həmin şəxsin kimliyi və silah-sursatın həmin evdə hansı məqsədlə saxlanıldığı barədə məlumat verilmir. Bildirilir ki, saxlanılan şəxs həmin evdə kirayədə qalır.

Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.