Bu da yeni iPhone X və iPhone 8 - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın "Apple" şirkəti çoxdan gözlənilən iPhone X və iPhone 8 modellərini təqdim edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni iPhone X modeli xarici görünüşü və xüsusi özəllikləri ilə diqqət çəkib.
Telefon Home düyməsindən azad olub. Smartfonun ön paneli isə tamamilə ekranla əhatə olunub. Bu model 3D Touch və HDR10 özəllikləinə sahib 5.8 inç OLED Super Retina ekran ilə təchiz olunub.
Korpusun dizaynı iPhone 7-dən fərqlənməsə də, smartfonun çərçivələri poladdan, arxa qapaq isə dözümlü şüşədən hazırlanıb. Bundan əlavə aparat naqilsiz şarj funksiyasına da malikdir.
iPhone X-də Touch ID barmaq izi skanı yoxdur. Bunun əvəzinə insan üzünün skanı texnologiyası olan Face ID-dən istifadəyə verilib.
Yeni smartfon, 6 nüvəli A11 Bionic prosessoru vasitəsilə çalışır. Beləliklə, bu prosessorlar 30% daha güclüdürlər və 2 dəfə daha az eneri sərfiyyatına malikdirlər.
Həmçinin yeni prosessor sayəsində yeni iPhone-lar, iPhone 7-dən 2 saat daha çox enerji saxlaya bilirlər. Smartfon keçən ilki model kimi 12 MP-lik ikili arxa kameraya sahibdir.
iPhone X 3 noyabr tarixində 64 və 256 GB daxili yaddaş versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya 999$ qiymətinə satılacaq.
Bundan əlavə yeni iPhone 8 və iPhone 8 Plus modelləri də təqdim olunub. Faktiki olaraq bu smartfonlar iPhone 7 dizaynına və iPhone X texniki göstəricilərinə sahib modellərdir. Dizayn ötənilki modellərdə olduğu kimi qalıb. Lakin hər iki modelin arxa panelləri şüşə ilə örtülüb.
Phone 8 və iPhone 8 Plus bu ayın sonunda satışa çıxacaq. 32, 64 və 128 GB daxili yaddaşa sahib iPhone 8 699$ qiyməti ilə başlayaraq, 64 və 256 GB daxili yaddaşa sahib iPhone 8 Plus isə 799$ start qiyməti ilə satışa çıxacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi





