Dünya

Arvadının başqa kişi ilə qaçdığını Facebook-da paylaşdığı FOTO aşkara çıxardı

12 Avqust 2017 13:38
7 Şərh     Baxış: 7 986

Odun içindən qonşuları tərəfindən xilas edilən azyaşlı Y.T. ögey anası tərəfindən tərk edilib.

Hadisə günündən bu yana yoxa çıxan qadının ögey oğlunu evə kilidləyib, başqa bir kişi ilə qaçdığı ortaya çıxıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Y.T. -nın atası yoldaşının onu tərk etdiyini sosial şəbəkədən başqa bir kişiylə birlikdə çəkilmiş fotosunu paylaşdıqdan sonra öyrənib. 

Antaliyada yaşayan kişi - 37 yaşlı Mustafa Turşah yanğında bir gecədə həm evini, həm imam nikahlı yoldaşını, həm də 67 min TL dəyərindəki mal-mülkünü itirib. Mustafanın tək təsəllisinin oğlunun qonşuları tərəfindən yanmaqdan xilas edilməsi olub.

22 ildir Muratpaşa rayonunda yaşayan Mustafa Turşah 3 gün əvvəl axşam saatlarında şirkətdəki işinə görə evdən çıxıb. Bir neçə saat sonra Turşaha evinin yandığı və uşağının son anda xilas edilərək xəstəxanaya çatdırıldığı haqda məlumatı verilib. Xəstəxanaya gedən Mustafa Turşaha 7 yaşlı oğlu Y.T.-nin "Anam məni qoyub, getdi" sözlərindən sonra atası imam nikahlı həyat yoldaşı M.K-ya zəng etsə də, cavab verən olmayıb. Xəstəxanadan evə gələn Mustafa arvadının hələ də evə gəlmədiyini və yığdığı 24 min və 15 min TL dəyərindəki zinət əşyalarının yerində olmadığını görüb. Yoldaşına aldığı avtomobilin də yerində olmadığını görən Mustafa Turşaha ən böyük zərbəni isə həyat yoldaşının başqa biriylə qaçdığını sosial şəbəkə hesabından öyrənərkən alıb.

Mustafa Turşah "Yoldaşıma hər mövzuda dəstək oldum. Mən, oğlum və o -  üçümüz bu evdə yaşayırdıq. Onun uşaqlarına da kömək edirdim. 3 gün əvvəl də axşam işə getdim. Bir neçə saat sonra zəng gəldi, evimdə yanğın olduğuna dair. Evə gəldim, xəstəxanaya çatdırılan uşağımın yanına getdim. Yoldaşıma zəng etdim, zəng çatmadı. Yoldaşımın başqa bir adamla qaçdığını sosial şəbəkə hesabından paylaşdığı foto ilə öyrəndim" deyib.

Turşah həyatına qaldığı yerdən davam edəcəyini deyib: "Oğluma baxmaq üçün mübarizəmə davam edəcəm. Sıfırdan yeni bir həyat quracağam. Çətin olacaq, amma Allah bir qapı açar, kömək edər. Evimizin təxminən 15 min xərci var. Bunu qarşılayacaq vəziyyətdə deyiləm. Səlahiyyətlilər, ya da xeyriyyəçilər kömək etsə, mən yerdə qalanını çalışıb, edə bilərəm. Bu yaşadıqlarım mənə həyatımın dərsi oldu".

Alovların arasından qapı qırılıb qonşular tərəfindən xilas edilən Y.T. "Evdə tək idim. Soyuducunun üzərindəki çaxmağı stolun üstünə çıxaraq götürdüm. Oynayarkən kağızlar alovlandı. Qapını bağladım ki, alov evə yayılmasın. Sonra qonşular gəlib məni qurtardı. Ana qardaşlarımın (ögey) yanına gedib, gələcəyini söylədi. Amma başqa birinin yanına gedibmiş" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Resad · 12 Avqust 13:5720

    Buna hec it de tamah salmaz. Gor yaziq ne qeder yoxluq cekirmis qadin saridan. Yaziq:)

    Cavab yaz
    • Anonim
      lale · 12 Avqust 16:4510

      Niye ele deyirsen belke sevirmis azyasli usaqina analiq etdiyini gorub ve aile qurub o qeder maska insanlar varki

      Cavab yaz
  • Anonim
    (((( · 12 Avqust 14:0311

    Yene Turkiyeeee

    Cavab yaz
  • Anonim
    Ahu · 12 Avqust 14:1400

    Anan ölsun görum ay yazix körpe. O usaq qedri bilen zibil olsaydi senin yaninda olardi. Ele onu aparan da o agildadi. Birazdan o kisi de onu tepikleyib qovacax neynir o agilsiz mexluqu. Sen atandan berk yapis. Allah kömeyiniz olsun.

    Cavab yaz
  • Anonim
    Ahu · 12 Avqust 14:1500

    Anan ölsun görum ay yazix körpe. O usaq qedri bilen zibil olsaydi senin yaninda olardi. Ele onu aparan da o agildadi. Birazdan o kisi de onu tepikleyib qovacax neynir o agilsiz mexluqu. Sen atandan berk yapis. Allah kömeyiniz olsun.

    Cavab yaz
  • Anonim
    murad · 12 Avqust 15:0910

    Mən bu şou əhlindən çox iyrenirem

    Cavab yaz
  • Anonim
    Məmmədhəsən əmi · 12 Avqust 20:3100

    Heç vaxt imam, molla nikahının axırı yaxşı qurtarmır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.