İran

"Tasnim": İran müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb

23 Mart 2026 19:42
Baxış: 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran qarşıdakı günlərdə ABŞ və İsrailə qarşı apardığı müharibə ilə bağlı yeni "sürprizlər" planlaşdırıb.

Milli.Az xəbər verir ki, bu barədə hərbi mənbə "Tasnim" agentliyinə bildirib.

Qeyd edilib ki, bu "sürpriz"lərin həyata keçirilməsi çox böyük nəticələr verə bilər.

Əlavə edilib ki, ABŞ Prezidenti Donald Tramp müharibədə bütün hərbi variantlarının uğursuzluğunu görür və indi çıxış yolu axtarmağa çalışır, çünki Hörmüz boğazının hərbi yolla açılmasına ümidi yoxdur.

Qeyd edilib ki, Tramp bir müddət telefon və sosial şəbəkələrdən uzaqlaşmalı və bundan sonra diqqətini yalnız səmaya, fond bazarına və neft qiymətlərinə yönəltməlidir. (APA)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.