Dünya

Gülnarə Kərimova hardadır?

1 Avqust 2017 14:25
1 Şərh     Baxış: 3 097
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkənin Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə özbəkistanlı jurnalist öz Facebook yazıb.

Onun sözlərinə görə G.Kərimova təcridxananın 3-cü mərtəbəsində, VİP şəxslər üçün korpusda saxlanılır.

Qeyd edək ki, onun həbsi barədə iyulun 28-də ölkə Baş Prokurorluğunun Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə idarəsi xəbər yaymışdı.

Məlumata görə, G.Kərimova dələduzluqda, gömrük qanunvericiliyini pozmaqda, xarici valyuta gizlətməkdə, sənəd saxtalaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, onun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.