Dünya

Hamburq "cəhənnəmə" döndü - Ordu köməyə çağırıldı - FOTO - VİDEO

7 İyul 2017 20:56
1 Şərh     Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Böyük İyirmilik" (G20) sammitinin keçirildiyi Hamburq şəhərində kapitalizm əleyhdarları ilə polis arasında çaxnaşma davam edir.

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, dünəndən başlayan hadisələr zamanı 111 polis yaralanıb, 44 etirazçı saxlanılıb.

Küçələrdə çoxlu sayda avtomobil yandırılıb, yollarda barrikadalar qurulub.

Polis təzyiqli su və gözyaşardıcı qazla etirazçılara müdaxilə etsə də, onları sakitləşdirmək mümkün olmayıb.

Çarəsiz qalan Hamburq polisi digər şəhərlərdən və Almaniya ordusundan dəstək istəyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hamburq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.