Dünya

Qaçqınları soyundurub, döyüb, elektroşok veriblər - FOTO

10 Aprel 2017 14:44
5 Şərh     Baxış: 5 630

Avropa ölkələrinə sığınacaq ümidiylə üz tutmuş qaçqın və miqrantları döyür, soyundurur, hər şeylərini əllərindən alır, hətta elektroşok da verirlərmiş. Özü də elə həmin Avropa ölkələrinin sərhədində. Bunu "Oxfam" humanitar təşkilatı ötən həftəsonu açıqladığı hesabatında bildirir.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, təşkilat iddia edir ki, nəticədə qaçqın və miqrantlar insan qaçaqçılarının əlinə keçir. Ən pis rəftar halları isə Serbiya və Makedoniyada baş verib. Aralarında uşaqlar da olan bir qrupu gecənin şaxtasında Bolqarıstan sərhədində saxlayıblar. Sonra da onlara deyiblər ki, Serbiyadakı qaçqın mərkəzinə aparılırlar. "Oxfam" tədqiqatçıları miqrantlardan eşidiblər ki, xorvat polisi onları lüt soyunmağa və Serbiya sərhədi boyunca geri qayıtmağa məcbur edib. Bir dəstə sərhədçi isə onların dalınca gedərək dəyənəklə döyüb. Bəzilərinin üstünə it buraxıblar.

İddialara görə, Macarıstan rəsmiləri miqrantları soyunmağa və qarın üstündə oturmağa məcbur edib, üstlərinə su töküb. Bolqarıstan polisi isə miqrantların üstündə axtarış aparmaqda, hər şeylərini, hətta ayaqqabılarını belə almaqda, sonra onları sərhəddən qaytarmaqda günahlandırılır.

Hesabatda vurğulanır ki, Qərbi Balkan ölkələri marşrutu boyunca qaçqın və miqrantlarla "narahatlıq yaradan" pis davranış aşkarlanıb. Bu iddialar daha çox Serbiya, Macarıstan, Xorvatiya, Bolqarıstan və Makedoniya sərhədçilərinə qarşı səslənir.

Isaaq adlı bir əfqanın danışdıqları tükürpərdicidir. "The Independent" qəzeti onun sitatını dərc edib. "Bolqar polisi bizimlə o qədər qəddarcasına davranırdı ki, bunu ömrümüz boyu unutmarıq - təkcə mən deyil, qardaşlarım da Bolqarıstanda qəddarlıq gördü. Lap əndazəni aşırdılar. Bizi qəfəsə saldılar və üç gün yemək vermədilər. Bizi vəhşicəsinə döyürdülər, hətta elektroşok verirdilər", - əfqan söyləyib.

Aarif adlı əfqan isə Xorvatiyaya daxil olarkən yaşadıqlarını nəql edir: "Sərhəddə bizi polis tutdu və bir maşına basaraq kondisioneri işə saldı. Çox soyuq idi. Sonra yorğanları, gödəkcələrimizi çıxararaq bizi Serbiya sərhədində buraxdılar. Mobil telefonlarımızı, pulumuzu almışdılar, bizi o qədər döymüşdülər ki, ayağa qalxa bilmirdik".

"Oxfam"ın Cənub Şərqi Avropa üzrə müşaviri Ruth Tanner deyir ki, bu əhvalatlar adamları insan qaçaqçılarının əlinə salır. Onlar sığınacaqdan ötrü hüquqi yollara əl atmaqdansa, insan alverçilərinə üz tuturlar.

"Təhlükəli oyun" adlı hesabat hazırlanarkən 140 nəfərdən müsahibə alınıb və hamısı da sığınacaq prosedurlarına baş vurmaq yolunda rəsmilərin pis rəftarıyla qarşılaşdığını bildirib.Müsahiblərin çoxu Əfqanıstandan imiş. Qalanları Pakistan, Suriya, İraq, İran, Misir və Livandan gəliblər.Həmin 140 nəfərdən 75-i Macarıstan və Serbiyadan çıxarılıb. Bəzilərini müxtəlif ölkələr bir neçə dəfə geri qaytarıb. Miqrantlar və qaçqınlar davamlı olaraq, qeyri-rəsmi və məqsədli şəkildə regionda bir ərazidən digərinə qovulurlar. Hesabat BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNCHR) bu barədə tapıntılarını dəstəkləyir.

"Oxfam" Serbiya, Makedoniya, Xorvatiya, Macarıstan və Bolqarıstan hökumətlərini insan haqları pozuntularına dərhal son qoymağa, miqrant və qaçqınlara qarşı cinayətlərə yol vermiş şəxslərlə bağlı təcili tədbirlər görməyə çağırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Cayxor · 10 Aprel 14:5330

    Allah belalarini versin zulmkarlarin harda varsa.

    Cavab yaz
  • Anonim
    Sosyal Müselman · 10 Aprel 14:5530

    Eclaflar it uşaqları Allah görür bunları

    Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 10 Aprel 14:5920

    Anlamamali bir sey yoxdur...dagilmasina kimler sebeb oldu ? avropa...kimlerin ureyincedir muselman dovletlerinin qirilmasi ?yene avropa...buda subutudur...

    Cavab yaz
  • Anonim
    edik · 10 Aprel 15:2910

    Onlarin Vetenlerin evlerin virane qoyursuz..xaraba edirsiz hele bu azmiw kimi heyvan kimi reftar edirsiz..iwkence verirsiz..Allah sizin cezanizi gec tez verer ay avropa....

    Cavab yaz
  • Anonim
    Ediq · 10 Aprel 15:4400

    Rus agzin qasiyacag evropanin az qalib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.