3 yaşında öldürülməli idi, 14 il sonra dəhşətli qətlin üstünü açdı: ""Anan səni tərk etdi" dedilər" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Konyada qohumları tərəfindən 14 il əvvəl bacısı və iki oğlu tərəfindən kəmərlə boğularaq öldürüldüyü ortaya çıxan qadının 17 yaşlı qızı Aleyna Gökçənin çətin həyat mübarizəsi eşidənləri duyğulandırır. Ailənin 3 yaşındaykən öldürmək qərarı verdiyi, ancaq son anda bu fikirdən imtina etdikləri gənc qız, illərdir itkin düşdüyü deyilən anasıyla bağlı tükürpədici etiraf edib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Aleyna Gökçə: "Həmişə "anan səni tərk etdi" deyildiyi üçün ondan hesab soruşmaq istədim. İndi ən azından, anamın məni tərk etmədiyini isbat etdim, sevindim", - ifadəsini verib.
Öldürüldükdən sonra şəxsiyyəti təsbit edilə bilmədiyi üçün kimsəsizlər qəbristanlığına dəfn edilən Ümmü Şimşəyin qatillərinin tutulması ilə bir dram ortaya çıxıb.
Anası ilə əlaqədar çox şey bilmədiyini və xatırlamadığını ifadə edən Gökçə atası da həbsxanada olduğu üçün 3 yaşından bəri nənə və babasının yanında böyüdüyünü dilə gətirib.
Anasının fotosunu ilk dəfə 14 yaşında gördüyünü bildirən Gökçə: "Çox duyğulandıq. İki gün ərzində otaqdan çıxa bilmədim. Əlimdə anama aid bir foto var" , - deyib.
Anasının tapılması üçün əlaqədar təşkilatlara müraciət etdiyini vurğulayan Gökçə bunları qeyd edib:
"Anamın itkin olduğu haqda müraciət etdim. Sonra anamın qohumlarımız tərəfindən öldürüldüyü ortaya çıxınca inanmaq istəmədim. İndi ən azından, anamın məni tərk etmədiyini sübut etdim, sevindim. Anamın bacısı və iki oğlu həbs olundular. İllərdir xalalarımdan biriylə qonşuymuşuq, amma xalam olduğunu bilmirdim. Beş ay əvvələ qədər heç bir qohumumu tanımırdım. Həmişə məndən uzaq durublar. İllərcə məni tərk etdiyi üçün anama qarşı hirsli oldum, üzüldüm. Ədalətin yerini tapmasını istəyirəm".
Qeyd edək ki, Ümmü Şimşəyin itdiyi bildirilən ildə həyat yoldaşı Həsən Şimşək adam öldürdüyü iddiası ilə həbsxanada olub, o dövrdə 3 yaşlı qızı isə ana babasının himayəsinə verilib. Polis Şimşəyin ailəsi və yaxınlarıyla görüşüb. Polis ailə üzvlərinin bəzilərinin ziddiyyətli ifadələr verməsindən şübhələnib.
Təhməz Təkin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb





