Dünya

Sevdiyi qızı boğdu, can verməsinə yarım saat baxdı - FOTO

16 Fevral 2017 12:36
3 Şərh     Baxış: 3 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-da sevdiyi qızı vəhşicəsinə döyəndən sonra boğan və qurbanının can verməsini yarım saat həzzlə izləyən gəncin məhkəmə prosesi davam edir.

Milli.Az CNBS-ə istinadən bildirir ki, olay Nyu-Cersi ştatında, Belmar şəhərində yaşanıb. 19 yaşlı Sara Ştern ötən ilin dekabrında evdən çıxaraq liseyə yollanmış, bir daha geri dönməmişdi.

Polis qızı axtarırdı. Bu ayın əvvəlində isə bəlli olub ki, 19 yaşlı Layam MakAtasni sevgilisi, üstəlik uşaqlıq dostu Saranı vəhşicəsinə qətlə yetirib.

Prokuror məhkəmədə bildirib ki, Layam cinayəti barədə dostlarından birinə danışıb, həmin şəxs də polisə xəbər verib.

L.MakAtasni ilə bahəm, onun cinayət ortağı Preston Teylor da müttəhimlər kürsüsündədir.

İstintaq materiallarına görə, Sara qətlə yetiriləndən sonra onun cəsədi kolluqda gizlədilib, bir neçə saat sonra isə "Route 35" körpüsündən, 15 metr yüksəklikdən çaya atılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.