Dünya

Ərdoğan ABŞ xalqına SƏSLƏNDİ

9 Noyabr 2016 13:47
0 Şərh     Baxış: 8 635
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Putinin ardından Ərdoğan da ABŞ-ın yeni prezidenti Trampı təbrik edən dövlət başçılarından olub.

Milli.Az sozcu-yə istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan MÜSİAD-in (Müstəqil Sənaye və İşadamları Dərnəyi) iclasında çıxışı zamanı: "Şəxsim, millətim adından ABŞ xalqının bu seçiminin xeyirli olacağına, uğurlarla bol günlərin onları gözlədiyinə ümid edirəm", - deyib.

Ərdoğan çıxışının davamında: "Bu seçimdən sonra Amerikada demokratların iki dönəm hakimiyyətinin ardınca yenidən respublikaçılar hakimiyyətə gəldilər. Amerikada yeni bir dövr başlayır. Ümid ederim ki, Amerika xalqının bu seçimi dünyaya demokratiya, sülh üçün əsl töhfə olacaq", - ifadələrini səsləndirib.

Təhməz Təkin

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.