Dünya

Servantesin məqbərəsi Madriddə tapılıb

17 Mart 2015 21:52
1 Şərh     Baxış: 1 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məhkəmə-tibb ekspertləri bildiriblər ki, İspaniyada ölümündən az qala 400 il sonra ədəbiyyatın çox sevilən nəhəngi Miqel de Servantesin (Miguel de Cervantes) məzarı aşkar olunub.

Xəbər verilir ki, Servantes, onun xanımı və Madriddəki Müqəddəs Üçlük monasrtının reyestrində qeyd olunmuş başqalarının sümükləri kilsənin zirzəmisində tapılıb.

Tədqiqatçılar deyirlər ki, yazıçının sümüklərinin başqa sümüklərdən ayrılıb öyrənilməsi elmi baxımdan mürəkkəb olacaq.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, "Don Kixot"un müəllifi 1616-cı ildə dəfn olunsa da, onun cənazəsi sonradan itirilmişdi.
 

Monastr 1673-cü ildə yenidən qurularkən onun qalıqları yeni binaya köçürülüb, lakin göründüyü kimi sonradan İspaniyanın "Məktublar Şahzadəsi" adlandırılan şəxsin məqbərəsinin aşkarlanmasına əsrlər lazım gəlib.
 

"O həyatını yoxsul bir adam, döyüş çapıqlarını gəzdirən veteran kimi başa vurub", deyir Madrid şəhər bələdiyyəsinin incəsənət, idman və mədəniyyət departamentinin başçısı Pedro Corral.
 

Miguel de Cervantes - Müasir romançılığın banisi
 

1547: Madrid yaxınlığında dünyaya gəlib

1571: Lepanto döyüşündə yaralanıb

1575: Əlcəzairdə əsir düşüb və qul kimi satılıb

1605, 1615: "La Manşlı Nəcib Cənab Don Kixot" kitabını yazıb. Don Kixot cəngavərliyə məftun olmuş bir şəxsdir və özünün qoca yabısı Roşinantın tərkində, sədaqətli nökəri Sanço Pança ilə macəra axtarışına çıxır

1616: Cervantes 68 yaşında vəfat edərkən ağzında altı dişi qalmışdı. Madriddə yoxsul üçlükçülərin monastrında dəfn edilib

Məzarı monastr yenidən qurularkən itib.

30 nəfərdən ibarət tədqiqatçılar qrupu binanın altında unudulmuş zirzəmidə məzarı aşkar etmək üçün infraqırmızı kameralardan, 3D skanerlərdən və torpağın altına sirayət edən radardan istifadə edib.
 

Zirzəminin 33 arakəsməsində birində, divara ən yaxın olan hissədə arxeoloqlar Servantesə və onunla birlikdə dəfn olunmuş adamlara məxsus olduğu düşünülən sümükləri aşkar ediblər.
 

"Qalıqlar çox pis saxlanıb və Miqel de Servantesin fərdi identifikasiyasına imkan vermir", deyib məhkəmə-tibb eksperti Almudena Garcia Rubio.

"Lakin biz əminik ki, tarixi mənbələr Miqel de Servantesin və onunla birlikdə dəfn olunanların məzarının məhz bizim aşkar etdiyimiz qəbirdə olduğunu göstərir", deyir tədqiqatçı.
 

DNT analizi alimlərə başqa sümükləri yazıçının sümüklərindən ayırmaq imkanı verə bilər.

Təhqiqatçı Luis Avial çərşənbə axşamı keçirilən mətbuat konfransında deyib ki, Servantesin cənazəsi eyni monastrda, lakin yeni məqabərədə "ona layiq olan ehtiramla" dəfn edilməlidir.
 

"Servantes burada dəfn edilməyini vəsiyyət edib və vəsiyyətə əməl olunmalıdır", deyib axtarış qrupunun georadar eksperti Luis Avial.

O, Əlcəzairdə dəniz quldurlarına əsir düşərək 5 il qul həyatı yaşayarkən onun azad olunması üçün haqq ödəyən məhz bu monsastr olub.
 

"Servantesin qayıdışı"
 

Məqbərənin sərdabəsi gələn il, bir neçə əsrdən sonra ilk dəfə olaraq ictimaiyyətin üzünə açılacaq. Bu hadisə böyük yazıçının 400 illik yubileyi ilə eyni vaxta tasadüf edəcək.
 

Cənab Corral deyib ki, bu layihənin məqsədi təkcə yazıçının sümüklərini tapmaq yox, həm də onun xatirəsinə ehtiram göstərmək, adamları onun barəsində daha çox öyrənməyə həvəsləndirməkdir.
 

O deyir ki, bu tapıntı Servantesi bir çoxları üçün yenidən kəşf edəcək.

1547-ci ildə Madrid yaxınlığında doğulmuş Servantes iki hissəsi 1605 və 1615-ci illərdə yazılmış "La Manşlı Nəcib Cənab Don Kixot" əsəri ilə müasir romanın atası hesab olunur.
 

Bu, dünyada ən geniş oxunan və ən çox dilə tərcümə edilmiş əsər sayılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.