Pakistanın Abbatobad şəhərindəki evdə olduğu dəqiqləşdirəndən sonra ABŞ Silahlı Qüvvələrinin xüsusi təyinatlı "kommandos" dəstəsi ora yollanıb.
Helikopterlərdən evin həyətinə və damına desant edərək enən "kommandos"lar "Əl Qaida" liderinin mühafizəçiləri ilə atışaraq, onları güllələyiblər.
Daha sonra isə onlar bin Ladenin olduğu otağa giriblər.
Bu zaman yataqda olan bin Laden durub və arvadını irəli itələyərək "Kalaşnikov AK-47" avtomatını götürüb atəş açmağa hazırlaşıb.
Lakin amerikalı "kommandos" onu qabaqlayıb və bin Ladeni sol gözündən vuraraq öldürüb.
Əməliyyatda iştirak edən xüsusi təyinatlı hərbçilərin istisnasız olaraq, hamısının dəbilqələrinə bərkidilmiş videokamera baş verənləri çəkib və peyk rabitəsi vasitəsilə ABŞ Müdafiə Nazirliyinin "Cobra" Xüsusi Böhran Mərkəzindəki kompüterə ötürüb.
Obama da həmin mərkəzdə oturaraq Abbatobad şəhərindəki əməliyyatı onlayn seyr edib.
Bin Ladinin olduğu binada isə "Əl Qaidə" liderinin arvadı ilə yanaşı, onu qorumağa çalışan üç nəfər də güllələnib. Güllələnənlər arasında Üsama bin Ladenin oğlu da vardı.
Maraqlıdır ki, "Əl Qaida" liderinin gizli sığınacağa çevirdiyi bina, daha doğrusu, hündür və tikanlı məftillərlə örtülmüş divarla hasarlanmış malikanə Pakistan Silahlı Qüvvələrinin hərbi akademiyasından cəmi 500 metr aralıda olub.
O da məlum olub ki, bin Ladenin məhv edilməsinə yönəlmiş əməliyyat zamanı "kommandos"ları daşıyan helikopterlərdən birini binanın damındakı mühafizəçi reaktiv qumbaraatanla vurub.
Partlayan helikopter bin Ladenin sığındığı binanın həyətindən bir qədər aralıya düşüb.
Usama bin Ladenin sığınacağı barədə məlumatı isə "Əl Qaida" üzvlərindən biri, həbs edilərək "Quantanamo" həbsxanasına salınmış 40 yaşlı Əbu Fərəc əl Libi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş dindirmələrdən birini deyib.
Pakistanın şimalında yerləşən Abbatobad şəhəri isə burada 1853-cü ildə şəhərin əsasını qoymuş britaniyalı mayor Ceyms Abbotun şərəfinə belə adlandırılıb.
Usama bin Ladenin qətlə yetirilməsi səhnəsinin onlayn translyasiya edildiyi otaqda ABŞ prezidenti Barak Obama ilə yanaşı, dövlət katibi Hillari Klinton, vitse-prezident Co Bayden, mlli təhlükəsizlik məsələləri üzrə müşavir Tom Donilyon, müdafiə naziri Robert Geyts, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri admiral Maykl Mallen, milli təhlükəsizlik məsələləri üzrə müşavirin yardımçısı Con Brennan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Leon Panetta, Milli Təhlükəsizlik Agentliyinin direktoru Ceyms Klapper və Ağ Evin katibi Vill Deli olublar.
Milli.Az


























