Dünya

Türkiyədə kaset qalmaqalı: iki siyasətçi də getdi

27 Aprel 2011 20:37
Baxış: 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə siyasətində daha bir kaset qalmaqalı baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, internetdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) iki sədr müavininin görüntüləri yayılıb.

Gizli kamera ilə çəkilmiş görüntülərdə MHP liderinin ailə və qadın problemləri üzrə müavini, millət vəkili Rəcai Yıldırım və yerli idarəetmə orqanları üzrə müavini, millət vəkili Mətin Çobanoğlu qadınlarla siyasət, seçki, eləcə də intim mövzularda söhbət edir və öpüşürlər.

Kaset yayıldıqdan bir qədər sonra partiya lideri Dövlət Bağçalının (Devlet Bahçeli) təlimatı ilə hər iki şəxs sədr müavinliyindən istefa verib. İyunun 12-də keçiriləcək parlament seçkilərində namizədlikləri irəli sürülmüş R. Yıldırım və M. Çobanoğlu seçkiyə qatılmayacaqlar. Prokurorluq fakt üzrə "şəxsi həyatın gizliliyinin pozulması" maddəsi ilə cinayət işi qaldırıb.

Xatırladaq ki, Türkiyə siyasətində ötən il də kaset qalmaqalı baş vermişdi. Ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal katibəsi ilə çəkilən gizli kamera görüntülərinin internetdə yayılmasından sonra - 2010-cu il mayın 10-da vəzifəsindən istefa vermişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.