Dünya

Yəmən müxalifəti barışıq planı ilə razılaşdı

26 Aprel 2011 10:01
Baxış: 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, Yəmən müxalifəti Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası tərəfindən təklif olunmuş ölkədə hakimiyyətin ötürülməsinə dair planı tam olaraq qəbul edib və keçid hökumətinin formalaşdırılmasında iştirak etməyə hazırdır. Bu barədə Reuters-ə müxalifətdəki mənbə məlumat verib.

Ötən həftə Yəmənin hakim "Ümummilli xalq konqresi" partiyası artıq sözügedən planı bəyənib. Plana görə, Milli birlik hökuməti formalaşdıqdan sonra prezident Əli Abdulla Saleh 30 gün ərzində istefa verməlidir. Hökumət təyin olunduqdan sonra prezident hakimiyyəti vitse-prezidentə verməli, müxalifət isə nümayişlərə son qoymalıdır.

Plana görə, Saleh məhkəməyə cəlb olunmamalıdır. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.