Dünya

Metroda dəhşət – VİDEO

25 Aprel 2011 15:52
Baxış: 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyanın Berlin şəhərindəki metroda baş verən qorxunc hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb. Bir nəfər stansiyada qatar gözləyərkən iki nəfər ona yaxınlaşır və onlar söhbət eləməyə başlayırlar. Söhbət sonradan mübahisəyə çevrilir və naməlum səbəbdən dava düşür. Mübahisə edənlərdən biri digərini döyməyə başlayır. O, yerə yıxılan oğlanın başını təpikləyir və döyülən adam huşunu itirir. Hadisəyə müdaxilə edən başqa bir adam isə özünə nəzarəti itirən şəxsi təpiklə yerə yıxır və onu zərərsizləşdirir.

Döyülən şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis əməkdaşları digər iki nəfəri axtarır.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.