Dünya

Şahzadənin gəlini adamları necə təəccübləndirdi? - FOTO

22 Aprel 2011 19:25
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, Böyük Britaniya şahzadəsi Uilyamın gəlini Keyt Middlton dünən Londonda alış-verişə çıxıb.
Şəhərin mərkəzindəki Kinqs Road küçəsindəki dükanlara baş çəkən Keyt adi insanlar kimi davranaraq, geyim və bəzək əşyaları butiklərinə baş çəkib.
Bir həftə sonra sonra toyu olacaq Keytin dediyinə görə, şahzadə xanımı olacaqsa da, özünü adi vətəndaşlardan ayırmır və bu fikirdə də deyil.

"Uilyamla nikahımız mənim statusumu artırıb kraliçanın ailəsinin üzvü edəcəksə də, davranışım və xasiyyətim dəyişən deyil. Londonda yaşayan insanlarla öz aramda fərq görmürəm", - 29 yaşlı Keyt deyib.

Alış-verişdə onu Ket Kidstoun müşayiət edib.
Şahzadənin iki mühafizəçisinə gəldikdə isə, onlardan biri sadə geyimdə, o biri isə isti havaya rəğmən, gödəkçədə olub.

O, 125 funt-sterlinqə pencək, 95 funta mayka və 125 funta köynək alıb.

Milli.Az















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.