Dünya

Münhendə manyak: 10 ölü, 27 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

23 İyul 2016 14:37
21 Şərh     Baxış: 9 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:37

Münhendə atışma nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yaralılardan 10 nəfərin vəziyyəti ağırdır. Onların arasında 13 yaşlı yeniyetmə də var.

Münhen polisinin rəisi hadisə törədənin İŞİD ilə əlaqəsi fikrinin əsassız olduğunu bildirib.

Qeyd edək ki, Münhendə ticarət mərkəzində atəş açan şəxs 18 yaşlı İran əsilli Almaniya vətəndaşı olub. Atışma iyulun 22-də Münhendə "Olimpia" ticarət mərkəzində baş verib.

----------

07:45

Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların isə 21-ə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlardan bəziləri ağır, digərləri isə yüngül xəsarət alıblar.
 
Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib. Onun sonradan özünə qəsd etdiyi bildirilir.
 
Xatırladaq ki, iyulun 22-də Münhendə naməlum silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.

* * *

Münhendə baş verən silahlı insident nəticəsində 20 nəfər xəsarət alıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Münhen polisi faktı təsdiqləyib.
 
Bildirilir ki, Münhendə ictimai nəqliyyat səhərədək işləməyəcək.  Şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

* * *

02:57

Milli.Az Trend-ə istinadən bildirir ki,  Münhendə ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 10 nəfər xəsarət alıb.

* * *

01:13

Milli.Az Trend-ə istinadən bildirir ki,  Münhendə ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.

22.07.2016

23:52

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı altı nəfər həlak olub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

--------

23:36

Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfər çatıb çatıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin nümayəndəsi bildirib.
 
"İndiyədək tərəfimizdən 5 ölüm faktı qeydə alınıb", polis rəsmisi qeyd edib.
 
O, silahlıların kimliyi və motivləri barədə məlumat verməyib.

---------

22:22

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı üç nəfər həlak olub. Bu barədə Trend BBC-yə istinadən xəbər verir.

Münhen polis nümayəndəsi bildirib ki, hücumda bir neçə nəfər iştirak edib. Atəş açanların heç birini yaxalamaq hələlik mümkün olmayıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, insanlar təxliyə olunub, əməliyyat gedir. Rayon sakinlərinə küçəyə çıxmamaq xahiş olunub.

---------

21:51

Milli.Az Bild-ə  istinadən bildirir ki, Münhenin ən böyük ticarət mərkəzlərindən sayılan "Olympia-Einkaufszentrum"da naməlum şəxsin aptekdə atəş açması nəticəsinldə 3 nəfər həlak olub, 10 nəfər yaralanıb. Atəş açan şəxsin gülləbarandan sonra yaxınlıqdakı metro stansiyasına yönəldiyi vurğulanır.

Münhenin şimal-qərbindəki "Olympia-Einkaufszentrum" ticarət mərkəzi 1972-ci ildə Yay Olimpiya Oyunlarına hazırlıq proqramı çərçivəsində inşa olunmuşdu.

---------

21:30

Münhenin ticarət mərkəzində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, polis ticarət mərkəzinin yaxınlığında irimiqyaslı əməliyyat keçirir.

Videonu izləmək üçün şəklə klikləyin:

Стрелок из Мюнхена кричал своим жертвам, что он немец из бедного района

----------

21:15

Almaniyanın Münhen şəhərində silahlı insident baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
 
Bəzi KİV-lər hadisə nəticəsində 1 nəfərdən 15 nəfərədək insanın öldüyünü bildirir. Hadisə yerində əməliyyatın keçirildiyi bildirilir.   

----------

21:06

Milli.Az Trend-ə istinadən bildirir ki, Münhenin ticarət mərkəzində baş verən atışmada ən azı 15 nəfər dünyasını dəyişdiyi deyilsə də, hələlik rəsmi təsdiq yoxdur.

---------

20:49

Münhenin ticarət mərkəzində atışma olub.

Trend RİA Novostiyə istinadən xəbər verir, atışmada 15 nəfər dünyasını dəyişib.

Milli.Az

---------

21:30

Videonu izləmək üçün şəklə klikləyin:

Стрельба в торговом центре Мюнхена

Очевидцы засняли на видео, как мужчина расстреливал людей в Мюнхене

Жительница Мюнхена: Полиция города советует не выходить из дома

Стрельба в Мюнхене - 4

Стрельба в Мюнхене -3

Стрельба в Мюнхене - 2

Стрельба в Мюнхене -1

Almaniyadakı terrordan şok görüntülər

Almaniyada terror

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.