Dünya

Senatorlar Rusiyaya məxfi texnologiyaları açmamağa çağırırlar

17 Aprel 2011 11:18
Baxış: 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Respublikaçı senatorlar həmçinin məxfi texnologiyaların Moskvadan gizli saxlanılmasını məsləhət biliblər.

"Biz narahatıq ki, Rusiya administrasiyanızın "əməkdaşlıqda" maraqlı olduğunu hiss edərək, müxtəlif güzəştlərə nail olmağa çalışacaq. Bu Amerika Birləşmiş Ştatları ilə müttəfiqlərimizin təhlükəsizliyini zərbə altına qoya bilər", - respublikaçı senatorların məktubunda deyilir.

Rusiyanın xarici işlər naziri Serqey Lavrov senatorlarının narahatlığını "əsassız" kimi dəyərləndirərək müraciəti "özünü reklam" adlandırıb.

Prezident Barak Obama əvvəlki administrasiyanın Şərqi Avropada havadan müdafiə sistemi qurmaq niyyətlərindən vaz keçib.

Onun əvəzində daha müasir və mobil sistemin təsis olunacağı planları Rusiyada rəğbətlə qarşılanır. Moskva hətta Vankuverdən Valdivostokadək vahid havadan müdafiə məkanının qurulmasını təklif edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.