Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbulda XIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir
14 Aprel 2011 10:02
Baxış: 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, zirvə toplantısını açan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildirib ki, bu tədbirdə 50-dən çox ölkədən 150 nümayəndə iştirak edir. Ölkəmizin hər il olduğu kimi, cari ildə də bu mötəbər tədbirdə fəal iştirak etdiyini vurğulayan A.Suver deyib ki, Azərbaycan dünyada gedən iqtisadi və maliyyə böhranına baxmayaraq, güclü iqtisadi inkişafını, Cənubi Qafqaz və MDB regionunda liderliyini davam etdirir.
Cari ili "Turizm ili" elan edən Azərbaycanın bütün sahələrdə tərəqqisi bizi sevindirir. Bu il də Prezident İlham Əliyev zirvə toplantısının işinə diqqətini əsirgəməyərək, onun iştirakçılarına təbrik məktubu göndərmişdir.
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin zirvə görüşünün iştirakçılarına təbrikinin mətnini oxuyub.
Azərbaycanın Avrasiya İqtisadi Forumunun təşkilinə verdiyi töhfəyə görə, Akkan Suver Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova, Milli Məclisin sədr müavini Valeh Ələsgərova və sənaye və energetika naziri Natiq Əliyevə vəqfin adından xatirə hədiyyəsi təqdim edib.
Toplantının enerji məsələlərinin müzakirəsinə həsr olunmuş sessiyasında çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildiriblər ki, 2006-cı ildən etibarən Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşayır. Bu müddət ərzində ölkəmiz iqtisadiyyatın bütün sahələrində, xüsusilə, enerji sektorunda böyük nailiyyətlər əldə edib. Ümumi daxili məhsulun həcmi hər il orta hesabla 20-30 faiz artmış, keçən il 51,8 milyard dollara çatıb. Bu artımın 52 faizi sənayenin payına düşür. Bu gün Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin fəaliyyəti nəticəsində ölkəmiz regional inkişaf göstəricilərinə görə liderdir və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. 2010-cu ildə Azərbaycanda neft hasilatı 50 milyon 800 min ton təşkil edib ki, bu da 2009-cu ildəkinə nisbətən 0,4 milyon ton çoxdur. Təbii qaz hasilatının həcmi isə 26,3 milyard kubmetrə çatıb.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini vurğulayıb, gələcəkdə də bu istiqamətdə işlərin davam edəcəyini söyləyiblər.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl, maliyyə naziri Məhmət Şimşək, müxtəlif ölkələrdən gəlmiş nazirlər və iş adamları Avrasiya məkanında iqtisadi sahədə əməkdaşlığın perspektivləri, yoxsulluğun azaldılması, digər məsələlərdən ətraflı bəhs ediblər.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov zirvə toplantısının bu gün keçiriləcək sessiyasında çıxış edərək diaspor təşkilatlarının xalqların yaxınlaşması, milli dəyərlərin təbliği və digər sahələrdə rolundan danışacaq.
Siyasətçilər, iş adamları və jurnalistlər terrorizmlə mübarizə və təhlükəsizlik, gender bərabərliyi və digər məsələlər üzrə müzakirələrdə iştirak edəcəklər.
Zirvə toplantısının sessiyalarında Makedoniyanın, Albaniyanın prezidentləri, Türkiyənin və bir sıra ölkələrin nazirləri, deputatları iştirak edəcəklər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
Dondurucu soyuqlar gəlir - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır