Dünya

London: Trafalqar meydanı döyüş yerinə döndü - FOTO

27 Mart 2011 13:50
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, Londonda Britaniya hökumətinin xidmətlər və məsrəflərin ixtisarı planına etiraz olaraq on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. Nümayişin təşkilatçıları ixtisar planının Britaniyanın reputasiyası və iqtisadi dirçəliş prosesinə mənfi təsir edəcəyini deyiblər. Həmkarlar Birliyi Konqresinin bidlirdiyinə görə, aksiyalara100 mindən artıq insan cəlb edilib. Nümayişlərin dinc keçiriləcəyi deyilsə də, polislə nümayişçilər arasında qarşıdurma olub.

4500-dən artıq polis işçisi şəhərə yerləşdirilmişdi.
"Guardian" bildirir ki, London polisi şəhərdə iğtişaş törədənlərin 200 nəfərini həbs edib.

Həmkarlar təşkilatlarının sanksiyalaşdırılmış etiraz yürüşü ilə yanaşı yüzlərlə antikapitalist-anarxistlər polislərə boya bankaları atıblar, şəhərin mərkəzində  bankomatları, bankların, otellərin və dükanların vitrin və pəncərəlrini sındırıblar. Onlarla anarxist Pikadilli küçəsindəki məşhur "Fortnum&Mason" univermaqına soxularaq qarşılarına çıxan nə varsa, sındırıb dağıdıblar.

Daha sonra küçəyə çıxan anarxistlər ən müxtəlif bayraqları, hətta sovet bayrağını yelləyərək "İxtisarlara yox!", "Tetçer kimi, amma daha pis!" şüarlarını söyləyiblər.

Trafalqar meydanında daha ciddi toqquşmalar olub. Polislə nümayişçilər arasındakı davada 80 nəfərin xəsarət aldığı bildirilir.

Şənbə nümayişlərini sakitləşdirilməsinə yönəlmiş polis əməliyyatının rəhbəri Bob Brödhert deyib ki, etiraz aksiyasına çıxanlar nümayişçilər yox, cinayətkarlar olublar.

Tural
Milli.Az




































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.