Pul salfetdən də ucuz oldu...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son aylar Venesuelada baş verən kəskin inflyasiya və milli valyutanın sürətlə dəyərdən düşməsi ölkədə pul qıtlığı yaradıb. Nəticədə xaricdən ölkəyə təyyarələrlə pul daşınır.
Fins.az-ın "The Wall Street Journal" nəşrinə istinadən yaydığı məlumata görə, son bir neçə ayda ölkəyə milli valyuta - bolivarla yüklənmiş 30 təyyarə gəlib. Venesuala prezidenti Nikolas Maduro 2015-ci ilin yayından indiyədək azı 5 milyardlıq banknotun hazırlanması barədə sifariş verib. Əlavə daha 10 milyard banknotun çapı üçün isə danışıqlar aparılır.
Pul salfet kağından da ucuzdur
Venesuala Mərkəzi Bankının məlumatına görə, son 1 ildə dövriyyədəki əskinasların sayı 1,5 dəfə artaraq 12 milyard bolivarı keçib. İndi isə ölkə iqtisadiyyatını yüksək inflyasiyadan qorumaq üçün əlavə banknotlara ehtiyac yaranıb və son nəticədə ölkədəki nağd pul kütləsinin həcmi daha 2 dəfə artacaq. Özü də 2, 5, 10 və 20 bolivarlıq pulların çapı həmin pulların özündən baha başa gəldiyinə görə, yeni pullar 50 və 100-lük nominalda sifariş edib. Yeri gəlmişkən, ölkədə pul o qədər ucuzlaşıb ki, 2 bolivarlıq əskinaslar salfet kağızından da ucuzdur.
Pulu xaricdə çap etdirir
Ən pisi də odur ki, Venesuela lazım olan pulu özü çap edə bilmir. Çünki ölkədə banknot hazırlamaq üçün lazımi kağız və metal yoxdur. Buna görə də, hökumət pulu xaricdə, istənilən qiymətə sifariş verməyə məcburdur. Hazırda bu məsələ ilə bağlı Böyük Britaniya, Almaniya, Kanada, ABŞ, Fransa və İsveçrə şirkətləri ilə əməkdaşlıq edilir. Çünki 10 milyardlıq sifarişi yerinə yetirmək üçün bir şirkətin imkanları kifayət etmir və bu baxımdan Venesuelanın düşdüyü vəziyyət bir sıra liderlərin diqqətini cəlb edib.
720% inflyasiya olacaq
İqtisadçılar hesab edirlər ki, belə vəziyyətdə dövriyyəyə yeni pulların buraxılması Venesuelada böhranı daha da dərinləşdirə və inflyasiyanı sürətləndirə bilər. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, bu il ölkədə qiymət artımı 720%-ə çatacaq və dünyada ən yüksək göstərici olacaq.
Yeri gəlmişkən, 2015-ci ilin ilk 9 ayında ölkədə inflyasiya 141% olub. 4-cü rübdə isə qiymətlər daha 68% qalxıb.
Dolları "imperialistlər" bahalaşdırıblar
Belə vəziyyətdə ölkədə xarici valyuta - xüsusilə dollar sürətlə bahalaşır. Bu həftə Venesuelanın "qara bazarı"nda ABŞ dollarının məzənnəsi ilk dəfə 1000 bolivarı keçib. Hakimiyyət bəyan edir ki, yüksək inflyasiya ölkədə sabitliyi pozmaq qərb imperialistlərinin fəaliyyətinin nəticəsidir.
Gəlirlərinin 96%-i neftdəndir
Xatırladaq ki, Venesuelanın əsas gəlir mənbəyi neftdir. Ölənin xarici ixracdan qazandığı hər 100 dolların 96 dolları neftin payına düşür. Ölkədə satılan malların 70%-i isə xaricdə istehsal olunanlardır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı





