Şiə şeyxin edamı Səudiyyə Ərəbistanını çalxalayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanının sakinləri şiə ruhanisi Şeyx Nimr əl-Nimrin edamından sonra kütləvi etiraz aksiyalarına çıxıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, minlərlə insan El-Katif şəhərinin küçələrinə çıxaraq qərara qarşı etirazını bildirib. Ölkədə kütləvi etiraz aksiyalarına qadağının qüvvədə olmasına baxmayaraq, sakinlər edama qarşı küçələr çıxıb. Camaat Səudiyyə Ərəbistanını kral ailəsdən qurtarmağa səslənən çağırışlar edib.
Səudiyyə Ərəbistanı tanınmış şiə ruhanisi Şeyx Nimr əl-Nimr haqqında çıxardığı ölüm hökmünü bü gün icra edib. Ölkənin Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, ruhani terrorçuluq ittihamı ilə edam cəzasına məhkum edilmiş 47 nəfərdən biri olub. 2013-cü il qapalı məhkəmə qarşısına çıxarılan Şeyx Nimr Baqir al-Nimr "ayrıseçklik salmaq" və "ölkənin bütövlüyünə xələl gətirmək"də ittiham olunur.
Şeyx Nimr Səudiyyə hakimiyyətinin tənqidçilərindən olub.
Şeyx Nimr ölkənin Şərq əyalətində hökumət əleyhinə 2011-ci ildə başlayan etirazların dəstəkçisi olub. Şərq əyalətində şiələrdən ibarət çoxluq mərkəzi hakimiyyət tərəfindən sıxışdırıldığını bildirir. İki il əvvəl Şeyx əl-Nimr həbs edilərkən yaralanıb. Onun yaxalanması bir neçə gün davam edən iğtişaşlara təkan verib. Qardaşının dediyinə görə Şeyx əl-Nimr krallığın işlərinə "xarici müdaxilə"nin təşkili, itaətsizlik və silahlı müqavimətdə müqəssir tanınıb.
Ruhaninin yaxınları onun terrorçuluqla əlaqəsi olmadığını və yalnız dinc çıxışlara dəstək verdiyini bildirirlər.
Bundan əvvəl Səudiyyənin bölgədə əsas rəqibi sayılan İran xəbərdarlıqla çıxış edərək bəyan etmişdi ki, şiə ruhanisinin edamı "Səudiyyə Ərəbistanına baha başa gələ bilər". Ər-Riyad İranı ölkənin şərqindəki əhalini narazılığa təşviq etməkdə günahlandırır. Şərq əyalətində etirazlar qonşu Bəhreyndə demokratikləşmə çağırışları ilə 2011-ci ildə başlayan kütləvi çıxışlardan sonra yer alıb. Əhalisinin əksəriyyəti şiə olan Bəhreyn sünni kral ailəsi tərəfindən idarə edilir.Səudiyyə hakimiyyəti şiələrə qarşı ayrıseçkiliyə yol verdiyi barədə ittihamları rədd edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Bərdədə yeniyetmənin törətdiyi ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib (Foto)
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)





