Dünya

Bu gün Odessa-Brodı boru kəməri ilə daimi neft nəqlinə başlanacaq

29 Yanvar 2011 11:16
Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, bunu Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko bildirib. O qeyd edib ki, Venesuela neftini svop-sxem müqaviləsi əsasında əvəz edəcək Azərbaycan nefti ilə dolu tanker artıq dəniz limanına yan alıb. Bu il buna oxşar sxemlə 4 milyon ton karbohidrogenin daşınması planlaşdırılır.

Venesuela ilə Belarus arasında imzalanan svop-sxem müqaviləsi Belarusa yüngül "Santa Barbara" markalı neftin əvəzinə keyfiyyətcə ona uyğun olan Azərbaycan neftinin göndərilməsini nəzərdə tutur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.