Cəmiyyət

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

28 İyul 2026 15:49
Baxış: 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tələbələrin yerdəyişməsi prosesi üzrə yekun nəticələr müraciətçilərin elektron kabinetlərinə göndərilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sosial media hesabında məlumat yayıb.

Məlumata görə, tələbələr təhsil müəssisəsi tərəfindən verilmiş yekun qərarı elektron kabinetləri vasitəsilə 31 iyul 10:00-dək təsdiq etməli və ya qərardan imtina etməlidirlər.

"Müəyyən olunmuş müddət ərzində təsdiqlənməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək", - məlumatda bildirilib.

Qeyd edək ki, Tələbələrin yerdəyişməsi üzrə elektron sənəd qəbulu 19 iyul saat 18:00-da yekunlaşıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.