Dünya

Dəniz Səkinin vəziyyəti pisdir

27 Fevral 2015 09:50
0 Şərh     Baxış: 3 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənninin köməkçisi: "Düzünə qalsa, pisə hazır olmaq lazımdır"

Narkotik maddə satmaq iddiası ilə həbs edilən türkiyəli müğənni Dəniz Səkinin pərəstişkarlarını kədərləndirəcək xəbər yayılıb.

Anspress-in məlumatına görə, səhhəti ilə bağlı həbsxana idarəsinə ərizə ilə müraciət edən Dəniz Səki ötən günlərdə Cərrahpaşa Tibb fakültəsi xəstəxanasında yumurtalığındakı kist səbəbilə əməliyyat olunub.

Sənətçinin səhhətində yaranan problemlərdən narahat olan müğənni dostlarından Demet Akalın ötən gün prokurorluqdan aldığı icazə sənədi ilə görüş əldə etmək imkanına nail olub.

Dəniz Səki xəstəxanada Demet Akalını və mətbuat katibi Özgür Arası qəbul edib.

Demet Akalın xəstəxana ziyarətindən sonra Dəniz Səkinin kefsiz olduğunu, əməliyyatdan sonra hələlik qalxa bilmədiyini bildirib.

Sənətçinin mətbuat katibinin sözləri isə daha təsirli olub: "Analizlərin nəticəsini gözləyirik. Düzünə qalsa, pisə hazır olmaq lazımdır. Xərçəng olduğu ehtimal edilir".

Qeyd edək ki, məşhur müğənni narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.