Dünya

Davudoğlunun erməni müşaviri məhkəməyə çağırıldı

27 Dekabr 2014 12:39
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə Baş nazirinin milliyyətçə erməni olan baş müşaviri Etyen Mahçupyan məhkəməyə çağırılıb.

Bu barədə Trend Haber7 telekanalına istinadən xəbər verir.

Mahçupyan bu yaxınlardakı korrupsiya qalmaqalı ilə bağlı iş üzrə ifadə verib.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində onlarla insan, o cümlədən iş adamları və bəzi nazirlərin oğulları saxlanılmışdı. Onlar korrupsiya, qaçaqmalçılıq və narkotik vasitələrin reallaşdırılması ittihamı üzrə saxlanılmışdılar.

Türkiyə prokurorluğu bu ilin fevralında saxlanılanların azad edilməsi barədə qərar qəbul etmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.