Dünya

Girovlar azadlığa qovuşdular

27 Dekabr 2014 09:38
0 Şərh     Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donetskdə hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında girov mübadiləsi baş tutub

Ukraynanın Donetsk vilayətində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında girov mübadiləsi baş tutub.

Anspress-in məlumatına görə, ölkənin təhlükəsizlik xidməti əməliyyat zamanı 146 ukraynalı hərbiçinin sərbəst buraxılması barədə məlumat yayıb.

Qarşı tərəfdən isə 222 nəfər sərbəst buraxılıb. Ukrayna rəsmiləri daha 4 nəfərin isə, bu gün azadlığa qovuşacağını deyib.

Girovların dəyişdirilməsi əməliyyatı Konstantinovki şəhəri yaxınlığında keçirilib.

Bir qədər əvvəl Belarusun paytaxtı Minskdə tərəflər girovların buraxılmasına dair razılığa gəlmişdilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.