Barak Obama: "İŞİD Əsəd rejimindən daha təhlükəlidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əgər Suriyanın bütövlüyünü istəyiriksə, bu halda Əsəd hakimiyyətinin davam etməsi mümkün deyil.Bəşər Əsədin rəhbərliyi altında Suriyada sabitliyi təmin edə bilmərik
APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama "CBS" telekanalında yayımlanan "60 minutes" proqramına müsahibəsində deyib.
Həm Əsəd rejiminə, həm də İŞİD-ə qarşı savaşın çətin olduğunu deyən B. Obama İŞİD-in Əsəddən daha təhlükəli olduğunu vurğulayıb: "ABŞ ordusu İraq və Əfqanıstanda olduğu kimi İŞİD-lə mübarizəyə qoşulmayacaq. Bu, Amerikanın İŞİD-ə qarşı savaşı deyil. Bu, Amerikanın təhlükəsizlik ortağımız olan bir ölkəyə kömək etmək üçün beynəlxalq ictimaiyyəti səfərbər etməsidir. Bölgədə siyasi sabitlik və əmin-amanlıq bir gecədə əldə oluna bilməz, bunun üçün xeyli vaxt lazımdır".
B. Obama Qərbin İslamla mübarizə aparmadığını qeyd edib. "İslam sülh dinidir və müsəlmanların çoxu sülhsevər insanlardır. Ancaq indi müsəlman dünyasında fərqli bir tanrıya ibadət edən, günahsız insanların öldürülməsində qəbahət görməyən və uzun müddətdir böyüyən bir xərçəng var. Müsəlman ölkələri liderlərinin "bunlar bizi və İslam dinini təmsil etmir" bəyanatı vermələrini, habelə bu cür qruplaşmalara qarşı sərt mövqe sərgiləməsini təmin etməliyik", - deyə o vurğulayıb.
B. Obama həmçinin ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin "ABŞ kəşfiyyat orqanları İŞİD-dən gələn təhlükəni vaxtında düzgün dəyərləndirməyiblər və İraq ordusunun bu qruplaşmaya qarşı mübarizə imkanlarını yüksək qiymətləndiriblər" fikri ilə razı olduğunu bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
XƏBƏR LENTİ
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)





