Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnkişaf etmiş sənaye ölkələrində sığınacaq üçün edilən bütün müraciətlərin 80 faizi Avropanın payına düşür
29 Sentyabr 2014 12:44
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2014-cü ilin birinci yarısında inkişaf etmiş sənaye ölkələrində sığınacaq üçün 330.700 nəfər müraciət edib ki, bu da ötən ilə nisbətən 24%-lik artım deməkdir.
Trend-in BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisinə istinadən verdiyi məlumata görə, bu barədə 2014-cü ildə sığınacaq müraciətləri ilə bağlı tendensiyalara dair BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) yarımillik hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, inkişaf etmiş sənaye ölkələrində qaçqın statusu almaq üçün müraciət edən insanların sayı artıb ki, bunun da səbəbi Suriya və İraqdakı müharibələr, habelə Əfqanıstan, Eritreya və digər yerlərdəki münaqişələr və qeyri-sabit vəziyyətdir.
Hesabatda deyilir ki, tarixi göstəricilərə əsasən, hər ilin ikinci yarısında sığınacaq axtaranların sayının daha da artdığını nəzərə alsaq, 2014-cü ildə sığınacaq üçün 700.000-dək müraciətin olacağını gözləmək olar ki, bu da inkişaf etmiş sənaye ölkələrində bütövlükdə 20 il ərzində ən yüksək rəqəmdir və 1990-cı illərdə keçmiş Yuqoslaviyadakı münaqişədən bəri görünməmiş səviyyədir: "Müraciətlərin üçdə ikisindən çoxu təkcə altı ölkəyə - Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyaya təqdim edilib".
BMTQAK-ın hesatında bildirilir ki, sığınacaq axtaran insanların əsas mənşə ölkəsi Suriyadır, onların sayı iki dəfədən çox artıb (48.400 müraciət): "Bu il yüz minlərlə insanın yenicə köçkün düşdüyü İraqdan olan sığınacaq axtaranlardan 21.300 müraciət daxil olub, onun ardınca Əfqanıstan (19.300) və Eritreya (18.900) gəlir".
Hesabatda vurğulanıb ki, Avropanın 38 ölkəsi üzrə sığınacaq üçün 264.000 müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə (212.200) 24%-lik artım, 2013-cü ilin ikinci yarımilliyi ilə müqayisədə (270.600) isə 2%-lik azalma deməkdir.
İnkişaf etmiş sənaye ölkələrində sığınacaq üçün təqdim edilmiş bütün müraciətlərin 80%-i Avropanın payına düşür: "Aİ üzvü olan 28 ölkədə sığınacaq üçün 216.300 müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə (176.200) 23%-lik artım deməkdir. Aİ-də sığınacaq üçün ən çox müraciətlər almış beş ölkə Almaniya (65.700), Fransa (29.000), İsveç (28.500), İtaliya (24.500) və Birləşmiş Krallıqdır (14.300)".
Hesabatda bildirilir ki, Aİ-də sığınacaq üçün müraciət edənlər ən çox Suriya (39.220), Eritreya (13.894), Əfqanıstan (13.565), Serbiya [və Kosovo: S/RES/1244 (1999)] (11.794) və Pakistan (9.637) vətəndaşlarıdır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
XƏBƏR LENTİ
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)