Dünya

Obama İŞİD-lə bağlı səhvi açıqladı

29 Sentyabr 2014 11:43
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Obama: Kəşfiyyat İŞİD təhlükəsini düzgün qiymətləndirməyib

ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatların kəşfiyyat orqanlarının rəhbərləri İŞİD kimi ekstremist qrupların Suriyanı nə dərəcədə zəiflədə biləcəyini kifayət qədər qiymətləndirə bilməyib.

Anspress-in məlumatına görə, CBS telekanalına verdiyi müsahibə zamanı prezident Obama eyni zamanda, Vaşinqtonun İraq hərbi qüvvələrinin ekstremistlərə qarşı təkbaşına mübarizə aparmaq qabiliyyətinə düzgün qiymət verə bilmədiyini deyib.

ABŞ-ın başçılığı ilə Qərb və ərəb ölkələrinin daxil olduğu koalisiya İŞİD qrupunun ekstrmistlərinə qarşı Suriya ilə Türkiyə sərhədi yaxınlığında hava hücumlarını bazar günü də davam etdirib.

Həmin hücumlar zamanı əsas hədəflər terrorçulara böyük maliyyə axınını təmin edən neft email zavodları olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.