Dünya

Daha bir "ruh" videosu yayıldı - VİDEO

29 Sentyabr 2014 10:25
1 Şərh     Baxış: 3 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ruhun peyda olması Amerika polisini vahiməyə salıb

ABŞ-ın Nyu-Meksiko ştatının polisləri iddia edirlər ki, bölmələrində ruh (qarabasma) gəzişir.

Anspress-in məlumatına görə, yarımşəffaf obyekt müşahidə kameralarında aydın görünür. Lakin polisləri heyrətə salan, bəlkə də qorxudan, obyektin heç bir siqnalizasiyanı işə salmadan bölmənin hasarından keçməsi olub.

Polisin bildirdiyinə görə, ərazidə bu günə kimi heç kim öldürülməyib, lakin bölgədə keçmiş məzarlığın olması faktı qorxu filmləri təki məsələni ciddiləşdirir.

Faktla bağlı cinayət işinin açılması mümkün olmadığından, görünür, polislər "ruh ovçuları"na müraciət etməli olacaqlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.