Dünya

Pakistanda partlayış: çox sayda ölən var

29 Sentyabr 2014 09:49
0 Şərh     Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Partlayışlar zamanı azı 25 nəfər ölüb, onlarla insan yaralanıb

Pakistanın Peşəvər şəhərində naməlum silahlılar bir neçə yerdə partlayışlar törədiblər. Məlumata görə, partlayışlardan biri Əfqanıstanla sərhəd bölgədə - qaçqın düşərgəsində qeydə alınıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, partlayışlar zamanı azı 25 nəfər ölüb, onlarla insan yaralanıb.

Hücumlarla əlaqədar istintaq arşadırması başladılıb. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Lakin polis əl-Qaidə terror qruplaşmasının hücumda əli olduğunu ehtimal edir.

Bir qədər əvvəl Pakistan hərbi hava qüvvələrinin Vəziristan regionunda silahlıların mövqelərinə aviazərbələr endirməsi zaman 15-ə yaxın terrorçu zərərsizləşdirilmişdi. Şəhər mərkəzində törədilən partlayışlar aviazərbələrə cavab kimi şərh olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.