Dünya

Terrorçulardan Qərbə xəbərdarlıq

29 Sentyabr 2014 10:01
2 Şərh     Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Terroçu lider bildirib ki, anti-İŞİD koalisiya aviazərbələrə son qoymazsa, münaqişə genişlənəcək

Əl-Qaidə terrorçu qruplaşmasının Suriyada fəaliyyət göstərən Nüsrə Cəbhəsi İŞİD silahlılarına qarşı mübarizə aparan Qərb ölkələrinə növbəti dəfə xəbərdarlıq edib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, internetdə yayımlanan 25 dəqiqəlik videoismarışda qrupun lideri Əbu Məhəmməd əl-Qolani anti-İŞİD koalisiyasına səslənib.

Qrup lideri qeyd edib ki, koalisiya qüvvələri aviazərbələrə son qoymazsa, Yaxın Şərqdə yaşanan münaqişələr qərb ölkələrinə qədər genişlənəcək.

Əl-Qolani, əsasən, Amerika Birləşmiş Ştatlarına hücum edəcəklərini açıqlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.