Dünya

Obama yenə sərt danışdı

25 Sentyabr 2014 10:14
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya təcavüzkar siyasətinə görə cavab verməli olacaq"

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama BMT-nin Baş Assambleyasında çıxışı zamanı dünya gündəmini zəbt edən bir sıra məsələlərə toxunub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Obama İranın nüvə proqramı və Rusiya-Ukrayna münasibətlərinə diqqət çəkib.

"Amerika İranın nüvə probleminə diplomatik çıxış yolu axtarır. Biz nüvə silahlarının yayılmasının qarşısını almaq və dünyada bu silahlar olmadan sülh və təhlükəsizliyi təmin etməyə çalışırıq. İran hazırda ona təklif olunan tarixi imkandan istifadə edərsə, bu baş verə bilər. İran lideri və xalqına ismarışım sadədir. Bu imkanı əldən verməyin. Biz sizin enerji ehtiyaclarınızı qarşılamaq şərtilə problemin həllini tapa bilərik. Lakin bunun üçün beynəlxalq ictimaiyyət sizin proqramınızın sülhməqsədli olduğundan əmin olmalıdır".

Böyük dövlətlərin kiçik dövlətləri hədələməməli olduğunu deyən Obama qeyd edib ki, Rusiya təcavüzkar siyasətinə görə cavab verməli olacaq.

"İnanırıq ki, həqiqət insanları güclü edir. Böyük dövlətlər kiçik dövlətləri təhdid etməməlidirlər. İnsanlar öz gələcəklərini özləri seçməlidirlər. Bunlar sadə həqiqətlərdir. Lakin bu həqiqətləri qorumaq lazımdır. Amerika və müttəfiqləri Ukraynada demokratiya və iqtisadiyyat inkişaf etdikcə, bu ölkəni dəstəkləyəcək. Biz NATO müttəfiqlərini gücləndirəcək və kollektiv şəkildə müdafiə olunacağıq. Rusiya təcavüzkar siyasətinə görə cavab verməli olacaq".

Obama Rusiya Ukraynada hazırda hökumət qüvvələri ilə üsyançılar arasında əldə olunan atəşkəs razılaşmasını iki ölkə arasındakı problemlərin diplomatik yolla həlli üçün yaxşı fürsət kimi dəyərləndirib. Obama qeyd edib ki, Rusiya bu imkandan doğru şəkildə istifadə edərsə, bu ölkəyə qarşı tədbiq olunan sanksiyalar geri götürülə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.