Dünya

ABŞ və Ərəb ölkələrindən İŞİD-ə yeni hücum

25 Sentyabr 2014 09:40
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava əməliyyatında BƏƏ, Səudiyyə Ərəbistanı və ABŞ-a aid təyyarələr iştirak edib

İŞİD qruplaşmasına qarşı yaradılan beynəlxalq koalisiyanın təyyarələri Suriyada daha öncə terrorçuların əlində olan bir neçə neft müəssisələrini vurub.

Anspress-in məlumatına görə, ABŞ mərkəzi komandanlığının (CENTCOM) xəbərində deyilir ki, İŞİD qüvvələrinin mövqelərinə qarşı yeni hava zərbələrinin keçirilməsində Səudiyyə Ərəbistanı və BƏƏ qüvvələri ABŞ-a dəstək verib:

"Bu gün ABŞ və Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ də daxil olmaqla müttəfiq dövlətlər Suriyada İŞİD terrorçularının mövqelərinə zərbələr endiriblər", - deyə komandanlığın Twitter səhifəsində yerləşdirilən xəbərdə bildirilir.

Məlumata görə, koalisiya qüvvələri daha əvvəl İŞİD yaraqlılarının əlində olan bir sıra neft müəssisəsinə zərbələr endirib. Reuter agentliyindən verilən xəbərə görə, bu müəssisələrdən alına biləcək neftin gündəlik gəliri 2 milyon dollar təşkil edirdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ və ABŞ-ın əməliyyatlarda iştirak edən təyyarələrinin sayı haqqında məlumat verilməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.