Dünya

Həmasa qarşı heç bir güzəşt olmayacaq

18 Avqust 2014 09:55
0 Şərh     Baxış: 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib

İsraildə təhlükəsizlik tam təmin olunmadıqca, Həmasa qarşı heç bir güzəştə getməyəcəyik.

Anspress-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu Həmas hərəkatı ilə aparılan sülh danışıqlarına dair şərhində bu cür açıqlama verib. Netanyahu qeyd edib ki, Həmas silahlılarının döyüşlərdə məğlub olduqları halda, danışıqlar masası arxasında özlərini qalib kimi göstərməsi yolverilməzdir.

"Əgər Həmas düşünürsə ki, danışıqlarda öz məğlubiyyətini ört-basdır edəcək, səhv edir. Əgər Həmas ara-sıra raket hücumları ilə bizi güzəştə getməyə vadar edəcəyini güman edirsə, səhv edir. İsraildə sülh olmadıqca, Həmas da ağır zərbələr alacaq" - deyə Netanyahu qeyd edib.

Hazırda İsrail ilə Həmas arasında Misirdə təklif olunan sülh planı müzakirə olunur. Benyamin Netanyahu danışıqlar zamanı İsraildə təhlükəsizliyin əsas götürülməsini vacib sayıb. Həmas rəhbərliyi isə, İsraili fələstinlilərin şərtlərini qəbul etməyə çağırıb. Əks halda, isə uzunmüddətli müharibə ilə hədələyib. Həmas Qəzza zolağının blokada vəziyyətindən çıxarılmasını İsrail hökuməti qarşısında əsas şərt kimi qoyur.

Tərəflər arasına atəşkəs rejimi mövcuddur. Bir müddət əvvəl rəsmi Təl-Əviv silahların 5 günlük susmasına razılıq vermişdi. Atəşkəs rejimi bu gün sona çatacaq. Bir aydan çox davam edən döyüşlərdə 1980 fələstinli, 67 israilli ölüb. Qəzza zolağında 425 min insan evini tərk etmək məcburiyyətində qalıb.

Qəzzalıların İsrail tərəfindən törədilən zorakılıqlara qarşı etirazları ötən gün də səngimək bilməyib. Rafah şəhərində işğala qarşı minlərlə Həmas tərəfdarları aksiya keçiriblər. Aksiyada İsrailin bayrağı yandırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.