Ukraynada təyyarəni vuranlar təşvişə düşüblər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel teleofn danışışlarında Malayziyanın "Boeing 777" sərnişin təyyarəsinin vurulduğu Donetsk vilayətində beynəlxalq ekspertlərin təhlükəsizliyinin təminatı üçün bütün zəruri addımların atılmasına ehtiyac duyulduğunu bildiriblər.
UNİAN bildirir ki, xilasedicilər "Malaysia Airlines"in təyyarəsinin vurularaq yerə düşdüyü yerdə daha 27 cəsəd tapıblar. Beləliklə, aşkarlanmış cəsədlərin sayı 223-ə çatıb. Bunu Ukrayna baş nazirinin müavini Vladimir Qroysman bəyan edib.
Ukrayna prezidenti Petro Poroşenko Fransanın dövlət başçısı Fransua Ollandla telefon söhbətində bildirir ki, rəsmi Kiyev "Malaysia Airlines" aviaşirkətinin Donetskdə "Buk" zenit-raket kompleksindən burazılan raketlə vurulmasına dəlalət edən peyk fotoşəkillərinə malikdir.
Korrenpondent.net bildirir ki, P.Poroşenko deyib: "Təyyarənin Ukraynanın şərqindəki separatçılar tərəfindən vurulmasını sübut edən danılmaz əşyayi-dəlillərə malikik. Raketin buraxıldığı yerin peyk şəkillərinə, təyyarə vurulandan sonra "Buk" ZRK-nın treylerə qoyularaq Rusiyaya aparılmasının əks olunduğu videoçəkilişlərə, terrorçuların telefon danışıqların lent yazılarına malikik. Separatçılar təyyarənin "qara qutu"larını da Donetskə aparıblar ki, faciənin araşdırılmasına mane olsunlar".
Qondarma "Donetsk Xalq Respublikası"nın baş naziri Aleksandr Boroday "qara qutu"ların araşdırılmaq üçün beynəlxalq təşkilatlara veriləcəyini deyib.
ABŞ-ın dövlət katibi Con Kerri bu gün CNN-də çıxış edərkən Rusiyanı suçlayıb.
"Malayziyanın sərnişin təyyarəsinin vurulduğu zenit-raket kompleksinin separatçılara Rusiya tərəfindən verildiyini istisna etmirik. Bizdə olan məlumatlara görə, təyyarəni donetskli separatçılar vurublar. Təyyarənin vurulduğu raket isə şübhəsiz ki, Rusiyadan aparılmış sistemdən buraxılıb", - C.Kerri deyib.
Ukraynada Malayziyaya məxsus təyyarənin Rusiyadan göndərilmiş zenit-raket kompleksi vasitəsi ilə vurulması barədə rəsmi Kiyev sübutlar ortaya qoyub. Torez şəhərinin küçələrindən birində "BUK-M" qurğusunun fotosu jurnalistlərə nümayiş etdirilib. Hazırda Ukrayna Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bölgəyə cəlb olunub.
Milli.Az anspress-ə istinadən bildirir ki, həlak olan sərnişinlərdən 196 nəfərin meyiti təyyarənin qalıqları arasından çıxarılaraq soyuducu vaqonları olan yük qatarına yığılıb. Bu səhər separatçılar meyitlərin Mariupola aparılacağını bəyan etsələr də həlak olanların yığıldığı yük qatarı Ukraynanın şimal-şərqində yerləşən İlovayks qəsəbəsinə yola düşüb. Ukrayna rəsmilərinin məlumatına görə, qəza yerində çalışan xilasedicilər böyük təzyiq altında işləyir və aşkar etdikləri meyitləri rusiyayönümlü üsyançılara təhvil verməyə məcbur edilirlər. Bu səbəbdən də rəsmi Kiyev beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiq göstərməyi tələb edib.
Donetsk üzərində vurulan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurdu. Ona görə də bu gün qəzada 160 vətəndaşını itirən Hollandiya paytaxt Amsterdamda həlak olanların xatirəsini yad edib.
3 gün öncə Donetsk üzərindən keçərkən, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsi Donetskdəki Qrabovo kəndi yaxınlığında "Buk" zenit-raket kompleksindən buraxılmış raketlə vurulub.
Hadisə nəticəsində 85-i uşaq olmaqla 298 nəfər həlak olub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin
































DİGƏR XƏBƏRLƏR
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
XƏBƏR LENTİ
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi





