Dünya

Dünyaca məşhur yazıçının evini yağmaladılar

17 İyul 2014 10:13
0 Şərh     Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğruların axtarışları davam edir

Məşhur türkiyəli yazıçı Orxan Pamukun evinə oğru girib.

Anspress-in məlumatına görə, dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk 15 günlük ABŞ tətilindən qayıtdıqdan sonra şoka düşüb. Belə ki, İstanbulun Bəyoğlu Cihangir məhəlləsindəki evinin qapısının qırıq olduğunu görüb. Qapı kilidinin qırıldığını və evinə oğru girdiyini başa düşən yazıçı, dərhal polisə xəbər verib.

Polislərlə birlikdə evə daxil olan Pamuk noutbuk və fotoaparatının oğurlandığını bildirib. Kitab yazarkən noutbukdan istifadə etməyən Orxan Pamuk evdə zinət əşyası və pul olmadığını da vurğulayıb.

Yazıçının şikayətilə polis əraziyə yaxın yerlərdə yerləşən təhlükəsizlik kameralarını nəzərdən keçirməyə başlayıb, evdən barmaq izləri götürülüb. Axtarışlar davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.