Türkiyədə prezident seçkiləri – nə dəyişməyəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əslində Ərdoğanın prezident seçkilərində namizədliyinin irəli sürüləcəyi gün kimi aydın idi. Təbii ki, ölkə müxalifəti də Ərdoğanın namizədliyinin irəli sürüləcəyini bilərək ona qarşı daha ciddi kartdan istifadə etmək qərarına gəldilər. Belə ki, ölkə müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş rəhbəri Ekmələddin İhsanoğlunun prezidentliyə namizədliyini irəli sürdü.
Türkiyədə bir çoxları İhsanoğlunun prezident seçkilərində bir o qədər şanslı olmadığını hesab etsə də, müxalifətin namizədinin zəif olduğunu söyləmək də doğru deyil. Ən azından ona görə ki, bələdiyyə seçkilərində məğlubiyyətə uğrayan, müxalifət və hakim partiyanın bir nömrəli düşməninə çevrilən Gülən hərəkatının üzvləri heç şübhəsiz ki, səslərini İhsanoğluna verəcəklər. Bu isə birmənalı olaraq seçkilərdəki səs nisbətinə təsir edəcək.
İƏT-in keçmiş rəhbəri E.İhsanoğlunun namizədliyinin irəli sürülməsində əslində diqqətdən qaçan bir reallıq var. Bu isə modern Türkiyədə islam faktorunun heç də az olmadığı və müxalifətin də bununla barışmasıdır. İhsanoğlunun qarşısında olan ən ciddi əngəllərə gəlincə isə bu da ölkədəki ələvi vətəndaşların onun namizədliyini dəstəkləməməsidir.
Bir çox siyasi analitiklər Ərdoğanın namizədliyinin irəli sürülməsinin onun seçkilərdə qalib olacağı anlamına gəlmədiyini söyləsələr də, bu bir qədər inandırıcı deyil. Hər şeydən əvvəl nəzərə alınmalıdır ki, Türkiyədə bu il avqustun 10-da keçiriləcək prezident seçkiləri əvvəlki illərdən ciddi şəkildə fərqlənir. Belə ki, 2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən Türkiyə prezidenti 7 illiyə deyil, 5 illiyə və parlament tərəfindən deyil, məhz xalq tərəfindən seçiləcək.
Müxalifətin namizədi E.İhsanoğlunun Türkiyədə siyasi baxımdan bir o qədər də tanınmaması, Suriya məsələsində Ankaranın ümidlərini (Suriyaya hərbi müdaxiləni dəstəkləməməsi) puça çıxarması onun prezident seçkilərində şansını minimuma endirib. Hətta bir çox analitiklər hesab edirlər ki, İhsanoğlunun namizədliyinin irəli sürülməsi ilə ölkədə prezident seçkilərinin ikinci turuna ehtiyac olmayacaq - Ərdoğan birinci turda seçiləcək.
Bu gün Türkiyədə hətta müxalif dairələrdə belə, Ərdoğanın prezident seçkilərində qalibiyyəti deyil, hakim partiyanın kim tərəfindən idarə ediləcəyi məsələsi müzakirə olunur.
Təbii ki, Ərdoğanın prezident seçiləcəyi təqdirdə, hakim AKP-də siyasi boşluğun yaranacağını iddia edənlər də az deyil. Lakin ölkədə yaşanan bir çox siyasi təlatümləri geridə qoyan AKP-nin bu problem qarşısında aciz qalacağı inandırıcı deyil.
Avqustda keçiriləcək prezident seçkilərinin nəticələri ölkənin bir çox sahələrində ciddi dəyişiklərə təkan verəcək. Ərdoğanın bu seçkilərdə qalib gələcəyi təqdirdə, ən vacib məsələlərdən biri ölkənin iqtisadiyyatının yüksəldilməsi olacaq. Bir çox sahələrdə dəyişikliklər gözlənilsə də, Ankaranın vaz keçməyəcəyi tək şey hakimiyyətin 2023-cü ilə olan hədəfləridir.
Rufiz Hafizoğlu,
Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş





