239 nəfər tapılmayıb: sirr böyüyür - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Malayziyanın hakimiyyət dairələri ötən həftə yoxa çıxan və hələ də tapılmayan təyyarənin axtarışlarını effektiv etmək üçün dünya birliyinə müraciət edib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, rəsmi Kuala-Lumpur daha 15 ölkəyə müraciət edib ki, onların arasında Qazaxıstan, Türkmənistan, Pakistan, Hindistan və Avstraliya da var.
Malayziyanın nəqliyyat naziri Hişamuddin Hüseynin dediyinə görə, yoxa çıxmış təyyarənin pilotları Zahariyə Əhməd Şah və Fariq Əbdül Həmidin evlərində axtarışlar aparılıb.
"Təyyarənin bu pilotlar tərəfindən bilərəkdən məhv olunması ilə bağlı iddiaların hələlik konkret əsasları yoxdur. Tələsik nəticələrə gəlmək gərək deyil. Bundan başqa, təyyarənin bütün sərnişinləri, habelə həmin təyyarəyə texniki xidmət göstərmiş mühəndislər və texniki servis əməkdaşları barədə məlumatlar toplayırıq", - H.Hüseyn deyib.
CBS bildirir ki, hazırda təyyarənin itkin düşməsinin əsas səbəbləri qismində qaçırılma və pilotların bilərəkdən təyyarəni məhvə aparmaları nəzərdən keçirilir.
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları hesab edirlər ki, təyyarədə bir və ya bir neçə nəfər idarəetməni ələ keçirəndən sonra bilərəkdən rabitə vasitələrini söndürüb, sonra da laynerin kursunu dəyişib.
İtmiş təyyarənin marşrutu ilə "Boeing 777-200" təyyarəsi göndərilib. Həmin layner radar sistemlərindən "yan qaçmağa" imkan verən müxtəlif manevrlər edib. Daha sonra radarlardan və sonra da iki təyyarədən alınmış peyk göstəriciləri müqayisə olunub.
Əldə edilmiş məlumatlar təyyarənin iki mümkün marşrutunu müəyyənləşdirib və indi araşdırmalar həmin istiqamətlərdə aparılır.
Marşrutlardan biri Malayziyanın şimal-qərbindən Qazaxıstana uzanır, ikinci marşrut isə cənub-şərq istiqamətdədir.
Malayziyanın baş naziri Nəcib Tun Rəzzaq bəyan edib ki, sərnişin təyyarəsinin yoxa çıxması pilotların əməlləri ola bilər.
Xatırladaq ki, martın 8-də Kuala-Lumpur beynəlxalq hava limanından səmaya qalxan təyyarə Pekinə yollanırdı.
Təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.
"Boeing 77-200 ER" son dəfə dispetçerlərlə əlaqə saxlayanda Malayziyanın şərq sahillərindən 220 km aralıda idi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.












DİGƏR XƏBƏRLƏR
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
XƏBƏR LENTİ
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib





