Türkiyə mediası daha bir maraqlı məlumat yayıb."Boxer" dərgisi ölkənin 25 ən cazibədar xanımını seçib
Anspress-in məlumatına görə, hər zaman gözəl qadınların və kişilərin siyahısını hazırlayan "Boxer" dərgisi bu dəfə cazibədar xanımları bir araya toplayıb. Belə ki, jurnalın yeni sayında Türkiyənin seksual qadınlarını siyahısını açıqlayıb.
Siyahıya sonuncu yerdən başlayaq. 25-ci yerdə model Tuğçe Özbudak dayanıb. 24-cü yerdə, son zamanlar Azərbaycana tez-tez səfər edən dizayner və modelyer İvana Sert qərarlaşıb. 23-cü yerdə sevilən müğənni Sıla, 22-ci yerdə cazibədar model və aparıcı Özge Ulusoy, 21-də məşhur aktrisa Hatice Şendil, 20-ci yerdə model Berrak Tüzünataç, 19-cu yerdə türkiyəli aktyor və model Kıvanç Tatlıtuğun keçmiş sevgilisi olan model Azra Akın qərarlaşıb.
Qeyd edək ki, bu siyahıda Türkiyənin öndə gedən simaları hesablanıb. Siyahının 18-ci yerində model Müge Boz dayanır. 17-ci yerdə isə artıq bir neçə ildir peşəkar model kimi özünü göstərməyi bacaran Asuman Kraus dayanıb, bunu da vurğulamaq olar ki, Asuman xanım cazibədar bədən quruluşu ilə podiumda çıxış etməklə yanaşı, məharətini telelayihələrdə də aparıcı kimi göstərib. Növbəti 3 yerə modellər Burcu Çağrı, Çağla Kubat, Fatoş Kabasakal sahibləniblər. 13-cü yerdə cazibədar aktrisa Ceyda Ateş, 12-də ifaçı Atiye, 11-də aktrisa Tuba Büyüküstün dayanır.
Növbəti 10-luqda isə cazibədarlıqları ilə daha da çox diqqət mərkəzində olan xanımlar qərarlaşıblar. 10-cu yerdə son zamanlar azərbaycanlı sevgilisi olduğunu iddia edərək gündəmdə olan ifaçı Ebru Polat dayanır. 9-da Hilal Cebeci, 8-də məşhur aktrisa və model Eda Özerkan, 7-də müğənni Hadisə, 6-cı yerdə aparıcı Eda Seğman, 5-də model Sesil Sinan, 4-də gənc aktrisa Gizem Karaca dayanıb.
Nəhayət ki, gəldik çıxdıq ilk üçlüyə. 3-cü yerdə aktrisa və model kimi fəaliyyət göstərən Bade İşçildir. 2-ci yerdə aktrisa Beren Saat, 1-ci yerdə isə daha çox çəhrayı rəngdə geyindiyi cazibədar geyimləri ilə gündəmdə olan ifaçı Kendi dayanır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
















