Dünya

"Bu qadına görə qatil olmağa dəyər" - VİDEO - FOTO

7 Mart 2014 14:54
Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Başlıq sizi çaşdırmasın. Bu, kiminsə sitatı deyil. Sadəcə, treyleri yeni təqdim olunan filmin adı belədir: "Günahlar şəhəri 2: Bu qadına görə qatil olmağa dəyər".

Milli.Az "Spletnik"-ə istinadən bildirir ki, yazıçı Frenk Millerin "Günahlar şəhəri" romanı əsasında ekranlaşdırılan film kriminal trillerdir.

Nuar üslubunda çəkilmiş filmdə Yeva Qrin, Cessika Alba, Mikki Rurk, Bryus Uillis, Ledi Qaqa, Jozef Qordon-Levitt, Coş Brolin, Rosario Douson kimi tanınmışlar rol alıblar.

Film rejissor Roberto Rodriqes və Frenk Millerin öz əməyinin məhsulu olduğuna görə də maraqlıdır.

Filmdəki hadisələr Günahlar şəhərinin qaranlıq dalanlarında cərəyan edir. Duayt (Brolin) ona xəyanət edən Ave Lord (Yeva Qrin) adlı qadını cəzalandırmaq istəyir. Eyni zamanda Nensi (Cessika Alba) hələ də özünün ruhi problemləri ilə bacara bilmir. O, detektiv Hartinqanın (Bryus Uillis) ölümü ilə heç cür barışa bilmir.

Filmin dünya premyerası avqustun 21-də keçiriləcək. Bu ekran əsəri 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.