Səbəb ovçuluğa böyük meyli olan Melissa Bəhmənin Cənubi Afrika Respublikasında ov-safaridə olarkən vurduğu heyvanlarla çəkdirdiyi fotoları Twitter-dəki profilində yaymasıdır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Winchester" markalı tüfəngi ilə CAR-da ova çıxmış Melissa Bəhmən vurduğu şir, timsah, antilop və zebralarla şəkillər çəkdirib.
Bununla bağlı olaraq Cənubi Afrikada imzatoplama kampaniyası başlanmışdı. M.Bəhmənin CAR-a ayaq basmasının ömürlük yasaqlanmasını tələb edən petisiyanı 13 mindən artıq insan imzalamışdı.
ABŞ-ın Minnesota ştatında yaşayan Melissa Bəhmən isə baş verənləri anlamadığını deyib.
"Bütün bunlar pis tragifarsa bənzəyir. Əgər ov yasaqdırsa və pisdirsə, onda CAR-ın hakimiyyət dairələri ov üçün niyə lisenziya verirlər?! Mən brakonyer deyiləm və oğurluqla, gizlinliklə ov etmirəm. Hər şey qanunidir. Bəyəm məndən başqa ovçu yoxdur?! Ov pisdirsə, onda yasaqlasınlar, mən də yasağa riayət edim", - Melissa Bəhmən deyib.
Milli.Az










Fotolar: Daily Mail





