Dünya

Tunis yenə qaynayır

6 Avqust 2013 17:48
0 Şərh     Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tunisdə tanınmış müxalifətçi Məhəmməd Brahminin qətlindən sonra başlayan iğtişaşlar davam edir.

Milli.Az TRT-yə istinadən bildirir ki, Sidi Buzid şəhərində valilik binası qarşısında toplaşan bir qrup şəxs nümayiş keçirib. Tunis təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.

Sidi Buzid Tunisdə 2011-ci ildəki inqilabın başladığı şəhər kimi tanınıb.

Tunisdə hökuməti devirmək istəyən müxalifət, ölkə səviyyəsində mülki itəatsizlik və hökumət binalarını işğal etməyə çağırmışdı.

Küçələrə axışan müxalifət tərəfdarları, Baş nazir Raşid Qannişini ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.