Dünya

Arvadının məşuqunu öldürdü: 2 bıçaqla 18 yara

5 Avqust 2013 13:20
1 Şərh     Baxış: 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Türkiyənin Konya şəhərində arvadını məşuqu ilə tutan ər qətl törədib.

O, məşuqa iki bıçaqla 18 yara vurub.

Milli.Az AHT-yə istinadən bildirir ki, eyvandan atılıb qaçmağa çalışan yaralı məşuq evin qarşısındakı bağçada yıxılıb qalıb.

Qatilin atası isə polisə zəng vurub.

Hadisə ötən gecə yerli vaxtla saat 00.30-da Karatay rayonunda yaşanıb.

2 övlad atası, 28 yaşlı dərzi A.Ç. axşam saatlarında işdə olanda onun telefonuna zəng vuran naməlum şəxs deyib: "İnsanlıq naminə xəbər verirəm. Elə bu dəqiqə evinə bir kişi girdi".

Dərzixananı bağlayan A.Ç. dərhal evə yollanıb.

O, evinin qapısını açmağa çalışsa da, alınmayıb və belədə, eyvandan içəri girib.

Mətbəxə yollanaraq iki bıçaq götürən A.Ç. yataq otağına yollanıb.

Burada o, arvadını iki il əvvəl onunla birlikdə çalışan, 2 uşaq atası, 35 yaşlı Numan B. ilə birlikdə, lüt vəziyyətdə görüb.

A.Ç. əlindəki bıçaqlarla Numanı vurub. Məşuq isə eyvandan atılaraq qaçmağa çalışıb, amma qan itkisi nəticəsində evin qarşısındakı bağçada qalıb.

O, təcili yardım maşını ilə xəstəxanaya aparılanda keçinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.