Dünya

Cəllad ana: 8 aylıq oğluna 90 yara vurdu - FOTO

12 İyul 2013 10:03
0 Şərh     Baxış: 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dayısı uşağın qışqırtısına otağa girəndə balaca Syaonu qan içində görüb.
Bədəni, üzü, boğazı dəlmə-deşik edilmiş Syao xəstəxanaya aparılıb və cərrahlar onun yaralarına 100 tikiş qoyublar

Milli.Az Mail Online-a istinadən bildirir ki, hadisə Çinin şərqindəki Szyansu vilayətindəki Syuyçjou şəhərində baş verib.

Polis cəllad ananı tutub. Qadın polisdə verdiyi ifadəsində bildirib ki, oğlunu qayçılamağının səbəbi Syaonu əmizdirəndə onun döşünü dişləməsidir.

"Qadın müayinə olunub və onda hər hansı psixi sapıntılar aşkarlanmayıb", - polisdən verilən məlumatda deyilir.

Uşağı bıçaqlamağına rəğmən, Syao anasından alınmayıb.
Dayılar isə bundan sonra uşağa daha diqqətlə baxacaqlarını deyiblər.

Müşahidəçilərin fikrincə, Syaonun anasının ruhi xəstə olması əsla istisna deyil. Sadəcə, psixi xəstəliklər və ruhi sapıntılar problematikası Çində "qapalı" mövzulardan biridir.

"The Lancet" jurnalı bildirir ki, Çinin 4 vilayətində aparılmış araşdırmalar yetkinlik yaşına çatmış çinlilərin 91 faizində bu və digər formada psixi sapıntıların olmadığını göstərib.

173 milyon insan psixi baxımdan ciddi problemlərlə üzləşsələr də, onlar müayinə və müalicə olunmurlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Fotolar: Mail Online
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.