Cared Kuşner Misirdə HAMAS liderləri ilə görüşüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner bazar günü Misirdə HAMAS liderləri ilə görüşərək onları silahsızlaşdırma ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.
Milli.Az APA-ya istinadən bildirir ki, görüş Kuşnerin ötən ilin oktyabrında Qəzzada müharibəyə son qoyulması barədə razılaşmanın imzalanmasından sonra HAMAS rəhbərliyi ilə ilk görüşü olub.
Görüş ABŞ administrasiyası və Trampın Sülh Şurasının HAMAS və İsraili ABŞ-ın 20 maddəlik sülh planının növbəti mərhələsinə keçməyə çağırdığı bir vaxtda baş tutub.
Məlumata görə, Kuşner bazar ertəsi İsrailə gedərək Baş nazir Benyamin Netanyahu ilə İsrailin atmalı olduğu müvafiq addımları müzakirə edəcək.
Görüşdə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov və şuranın üzvü, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də iştirak edib. HAMAS-ın siyasi lideri Xəlil əl-Həyyə, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, qətərli diplomat Əli əl-Təvadi və Türkiyənin yüksək vəzifəli rəsmisi də görüşə qatılıb.
Mənbənin sözlərinə görə, əsas məqsəd HAMAS-ın Qəzzanı demilitarizasiya etmək öhdəliyini konkret və yoxlanıla bilən addımlara çevirmək olub.
Bu addımlara Qəzzada idarəetmənin fələstinli texnokrat hökumətə verilməsi və HAMAS-ın ərazinin gələcək idarəçiliyində heç bir rolunun olmaması daxildir.
Sülh Şurası həmçinin HAMAS-dan silah və hərbi infrastrukturu ləğv etməyə başlamasını, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Qəzzaya yerləşdirilməsinə şərait yaratmasını və ərazinin bərpasına maneələrin aradan qaldırılmasını istəyir.
Mənbə bildirib ki, HAMAS silahsızlaşdırılmağa başlasa, İsrail də Qəzzadan müvafiq şəkildə geri çəkilməli və humanitar yardımların çatdırılmasını sürətləndirməlidir.
Mənbə onu da vurğulayıb ki, HAMAS idarəetmə səlahiyyətindən, bütün silahlardan və hərbi infrastrukturlardan imtina etməlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Cared Kuşner Misirdə HAMAS liderləri ilə görüşüb
-
İran parlamenti vətəndaşlara bunu qadağan etdi
-
ABŞ-də uşaq dünyaya gətirib vətəndaşlıq almaq istəyənlərə sərt addım
-
Talibandan ABŞ-yə gözlənilməz çağırış: "Qayıdın"
-
İrandlı deputat: Tramp əks halda, özünü yemək maşınında gizlənməli vəziyyətdə tapa bilər
-
Reyn çayında suyun səviyyəsi rekord həddə düşdü
XƏBƏR LENTİ
-
“Böyük pullar vəd edilsə də, “Neftçi”dən getmərəm” - Yuri Vernidub
-
Nicat İsmayılov vəfat etdi
-
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
-
Cared Kuşner Misirdə HAMAS liderləri ilə görüşüb
-
Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
Muğanlı-İsmayıllı yolunda ağır qəza - Xəsarət alanlar var - (Video)
-
Ronaldo və Corcinanın nikahından görüntülər - (Foto/Video)
-
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək - (Foto)
-
Kriştiano Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”
-
“Sabah” və “Qarabağ”ın növbəti turda oyunları təxirə salınıb
-
Almaz Ələsgərlinin restoran çıxışı müzakirələrə səbəb oldu - (Video)
-
İran parlamenti vətəndaşlara bunu qadağan etdi
-
Milyonlarla dolları avtomobilə xərcləyən idmançılar – Qarajlarında sərvət yatır
-
Azərbaycanda bəzi xarici şirkətlər üçün vergi uçotu qaydası dəyişir
-
Eylül Lize Kandemirin sürücülük vəsiqəsi əlindən alındı
-
"Barselona" "Fənərbağça"nın futbolçusu ilə maraqlanır
-
Fərhad Eyyubova ağır itki üz verdi
-
Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
-
Cərəyandan çıxarılmamalı olan 3 cihaz: qənaət bahalı təmirə səbəb ola bilər
-
40 yaşlı Hadisənin səhnə performansı diqqət çəkdi - (Video)
-
Şirvan kanalında kişi meyiti tapılıb
-
ABŞ-də uşaq dünyaya gətirib vətəndaşlıq almaq istəyənlərə sərt addım
-
Türkiyədə hamı bu toydan danışır – Bəy və gəlin elə hərəkət etdi ki... - (Fotolar)
-
Talibandan ABŞ-yə gözlənilməz çağırış: "Qayıdın"





