İdman

Kriştiano Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

16 Avqust 2026 20:00
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo futbol karyerasını cari mövsümün sonunda başa vura biləcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, 41 yaşlı futbolçu bunu "Vogue" jurnalına müsahibəsində deyib

"Yəqin ki, bu, futbolda son ilimdir. Böyük bir miras qoymaq istəyirəm", - o, söyləyib.

Ronaldo ötən mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 5 oyunda 3 dəfə fərqlənib.

Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, 2016-cı ildə Avropa çempionluğunu qazanıb və iki dəfə Millətlər Liqasında çempionluq yaşayıb. Portuqaliyalı ulduz həmçinin 5 dəfə "Qızıl top" mükafatına sahib çıxıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.