İdman

"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı

16 Avqust 2026 17:10
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" (Azərbaycan) - "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.

Bu barədə klubdan bildirilib.

Biletləri onlayn şəkildə "iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.